Millimiz Rusiyaya yenə uduzdu

2.12.2024 20:15 300
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz Rusiya yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə səfərdə üz-üzə gəlib. “Soçi”nin məşq bazasında baş tutan qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, noyabrın 28-də təşkil olunan ilk oyunda da Rusiya millisi eyni hesabla qələbə qazanmışdı.