“Təkcə meydanda yox, tribunalarda da gərginlik olacaq” – Əsgər Abdullayev liderlərin dueli haqda

28.11.2024 12:38 329
Aktual / Ölkə futbolu
Bu gün “Karvan” 1-ci liqanın 8-ci turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək. Məlum olduğu kimi, meydan sahibləri azı bir xal qazansa, liderliyini qoruyacaq. Qonaqların isə qələbədən başqa yolu yoxdu.
Bəs hansı komandanı daha şanslı və üstün saymaq olar?

“Football-plus.az” bu sualla ötən mövsüm 1-ci liqada “İmişli”nin baş məşqçisi kimi çalışan Əsgər Abdullayevə müraciət etdi:

“Bəli, “İmişli”də çalışdığım dövrdə 1-ci liqada “Karvan”, ölkə kuboku matçında “Qəbələ” ilə mübarizə aparmışam. Hər iki komanda güclü və iddialıdı. Düzdü, komandalarda heyət baxımından müəyyən dəyişikliklər olub. Amma həm “Qəbələ”, həm də “Karvan” çempion olmaq istəyir. Bu səbəbdən yalnız qələbə qazanmağa çalışacaqlar. Təkcə meydanda yox, tribunalarda da gərginlik olacaq. Çünki hər iki kollektivin azarkeşləri dəstək verməyi xoşlayır. Baş məşqçilər də qələbənin hava-su kimi lazım olduğunun fərqindədi. Futbolda belə bir deyim var: zəif rəqib yox, zəif hazırlıq olur. Komandaların matça çox ciddi hazırlaşdıqlarını təxmin etmək çətin deyil. Çox maraqlı oyun olacaq. Çalışacağım ki, vaxt tapıb mən də izləyim”

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul