Pekin yox, Qətər

24.11.2024 14:21 299
Dünya futbolu
Fransa superkuboku uğrunda PSJ və “Monako” arasında oyun 2025-ci il yanvarın 5-də Doha şəhərində keçiriləcək.

Bu məlumatı Fransa Peşəkar Futbol Liqasının mətbuat xidməti yayıb. Qətərin paytaxtında baş tutacaq matçda Fransa çempionatının və kubokun son qalibi PSJ Liqa 1-in gümüş mükafatçısı “Monako” ilə qarşılaşacaq.

Qeyd edək ki, Fransa Superkuboku matçının daha əvvəl avqustda Çinin paytaxtı Pekində keçiriləcəyi xəbər verilmişdi.