Madrid klubunu tərk edəcək

20.11.2024 22:13 343
Dünya futbolu
Aksel Vitsel böyük ehtimalla hazırkı iş yerini tərk edəcək.

Təcrübəli futbolçunun “Atletiko”dan mövsümün sonunda ayrılacağını “Relevo” xəbər verib. Belçikalı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi gələn yay qüvvədən düşəcək. Rəhbərlik Akselə yeni təklif irəli sürməyi lazım bilmir.

O, “Atletiko”da 2022-ci ildən çıxış edir. 35 yaşlı Vitsel bu mövsüm komandada keçirdiyi 13 oyunda 1 məhsuldar ötürmə edib.