Münheni tərk edəcəklər

18.11.2024 20:55 268
Dünya futbolu
“Bavariya”nı 2025-ci ilin yayında tərk edəcək futbolçuların siyahısı məlum olub.

Rəhbərlik əsas komandanın üç oyunçusunu satmağı planlaşdırır. Almaniya mətbuatının məlumatına görə, həmin futbolçular Serji Qnabri, Leroy Sane və Kinqsli Komandı. Mühnen klubu maaş üzrə xərcləri azaltmaq üçün üç cinah oyunçusundan ən azı birini satmağa çalışacaq.

Qeyd edək ki, Sane, Qnabri və Koman klubun ən yüksək maaş alan oyunçuları sırasındadı. Onlar ilə təxminən 60 milyon avro qazanırlar.