"Kəpəz" yoldaşlıq matçı keçirməyəcək

11.11.2024 13:10 274
Ölkə futbolu
"Kəpəz" Millətlər Liqası ilə bağlı yaranan fasilədə yoldaşlıq matçı keçirməyəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Misli premyer-liqasının 13-cü turunda "Sabah"la oyundan sonra komandaya üç günlük istirahət verilib. Gəncə təmsilçisi noyabrın 13-də məşqləri bərpa edəcək.