Ölkə çempionatının 2-ci liqasında yarışan, “Sheki City”, nəhayət, cari mövsümdə ilk qələbəsini qazandı. “Halvaçılar” “Qusar”ı səfər oyununda minimal hesabla məğlub etməklə tilsimi qırdı.
“Sheki City”nin prezidenti Elgün Hüseynov qələbəni belə şərh etdi:
“Komanda ilk qələbəsini qazandı. Nə vaxtsa rəqiblərdən 3 xal almalıydıq. Digər oyunlara nisbətən pis təsir bağışlamadıq. Deyərdim ki, uğursuzliq zolağına düşmüşdük. Bu qələbədən sonra zolaqdan çıxdığımızı düşünürəm. Ümid edirəm ki, qələbələrin davamı gələr”.
ƏSƏD SEYİDOV