Zamiq meydana çıxmadı

10.11.2024 10:52 236
Dünya futbolu
Albaniya çempionatında 13-cü turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” öz meydanında “Vlajniya” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Zamiq ehtiyatda qalıb.

Qeyd edək ki, "Eqnatiya" 13 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.