Elvin Məmmədov müvəqqəti baş məşqçi təyin edildi

6.11.2024 12:58 351
Ölkə futbolu
Ötən həftə Şahin Diniyevlə yollarını ayıran "Səbail"in müvəqqəti baş məşqisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisinin müvəqqəti baş məşqçisi "Səbail"in U-19 komandasının çalışdırıcısı Elvin Məmmədov olacaq.

Qeyd edək ki, Şahin Diniyev Misli premyer-liqasının 12-ci turunda "Kəpəz"ə 0:1 hesablı məğlubiyyətdən sonra istefa verib.