Məşqlərə başladı, tezliklə meydana qayıdır! – “Şah”dan yeni xəbər

2.11.2024 10:00 1 046
Aktual / Ölkə futbolu
“Qarabağ”ın zədəli qapıçısı Şahruddin Məhəmmədəliyev aylardı bərpa prosesi keçir.

“Ludoqorets”lə oyun ərəfəsində məşqdə əlindən zədələnən qolkiperin əməliyyata ehtiyacı olmasa da, bərpasının uzun çəkləcəyi gözlənilən idi. Onun artıq oktyabrda məşqlərə başlayacağı deyilsə də, komanda məşqlərində görmürük.
Bəs 30 yaşlı qapıçı noyabrda yaşıl meydana qayıdacaqmı?

Şahruddinin “Football-plus.az”a açıqlaması:

“Zədəmlə bağlı hər şey yaxşıdı. Amma hələ ki komanda ilə birgə hazırlaşmıram. Hazırda idman zalında fərdi şəkildə məşq edirəm. İnşallah, tezliklə meydanda işə başlayacam”.

RÖYANƏ OĞUZ