“O düzdü ki, çempionata istədiyimiz kimi başlamamışıq”

1.11.2024 15:19 283
Aktual / Ölkə futbolu
Ölkə kubokunda 2-ci təsnifat mərhələsi davam edir. “Football-plus.az” xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib. MOİK “Şimal”la qarşılaşıb. 3:1 hesablı qələbə qazanan “hərbçilər” 1/8 finalda “Sumqayıt”a rəqib olub.

MOİK-in yarımmüdafiəçisi Cavid Tağıyev oyunla bağlı bunları dedi:

“Rəqibimiz 2-ci liqanın iddialı komandalarından biri idi. Maraqlı oyun oldu. Rəqibin 2-ci liqa klubu olmasının oyuna hazırlaşmağımıza təsiri yoxdu. O düzdü ki, çempionata istədiyimiz kimi başlamamışıq. Amma hələ heç nə bitməyib. Sona qədər mübarizə aparacağıq”.

ƏSƏD SEYİDOV