• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” darmadağın etdi, “Atletiko” rahat, “Real” çətin qələbə qazandı - ŞƏRH

Dünya futbolu

26-10-2024, 13:0

La Liqada hesabat turu nəhənglər üçün uğurlu oldu.

“Barselona” ilə “Atletiko” rəqiblərini darmadağın etdisə, “Real” da Viqo səfərindən qələbə ilə qayıtdı. “Vilyarreal” gözlənilmədən xal itirdi. Bundan yararlanan “Atletik”lə “Malyorka” “sarılar”a yaxınlaşdı.

Əlbəttə, “Sevilya” indi heç də ən yaxşı dönəmini yaşamır. Ancaq bu şəkildə darmadağın olmaq... Qonaqların “Barselona” ilə səfər oyununda bacardıqları yalnız müntəzəm ofsayda düşmək oldu. “Sevilya” indi çox dağınıq və nə etmək istədiyini bilməyən komanda təsiri bağışlayır. “Barsa” oyunboyu total üstünlüyə malik oldu, təzyiq göstərdi, pressinq etdi, qol vəziyyətlərini sıraladı. Meydan sahibləri bütün şanslardan yararlansaydı, onda hesab 5:1 yox, 10:1 olardı. Artıq fasiləyə qədər üç qol vuran kataloniyalılar 2-ci hissəni formallığa çevirdi. “Barsa” bəzən təzyiqi aşağı salsa da, hətta rəqibin təsəlli qolunu vurmağa imkan versə də, çox inamlı qələbə qazandı.

“Real” isə “Selta”nı səfərdə çətinliklə məğlub etdi. Qalisiyalılar ilk dəqiqələrdən yüksək temp təklif etdi, madridlilər də bunu məmnunluqla qarşıladı. Svedberq oyunun əvvəlində iki dəfə yaxın dueldə Kurtuaya uduzdu, Valverdenin zərbəsindən sonra isə “Selta”nın qapıçısı Quaita əla reaksiya göstərdi. İlk 20 dəqiqənin tamamında son günlər böyük qalmaqalın mərkəzində olan Mbappe Kamavinqanın təzyiqi ilə üzləşən Beltranın səhvindən yararlanıb hesabı açdı. Kilian yığmanın düşərgəsinə yollanmasa da, “Real”dakı həmvətənləri ilə əla anlaşır. Qalisiyalılar dərah “status-kvo”nu bərpa edə bilərdilər, ancaq İqlesiasın qolu ofsayd üzündən sayılmadı. Fasilədən sonra isə eyni səbəbdən Vinisiusun qolu hesaba alınmadı. Bundan bir neçə dəqiqə əvvəl “Selta” qaydalar çərçivəsində hesabı bərabərləşdirmişdi. Sağ cinahla hücuma qoşulan Minqesa Svedberq üçün asma göndərdi, o da ilk yarıda qaçırdığı imkanların əvəzini çıxdı. Bundan sonra hesab istənilən komandanın xeyrinə dəyişə bilərdi. Hər halda, madridlilərin ustalıq səviyyəsi özünü göstərdi. Vinisius yenicə meydana çıxan Modriçin incə ötürməsi sayəsində təkbətək çıxaraq komandasının 2-ci qolunu vurdu. “Real” bütün turnirlər çərçivəsində “Selta”ya ardıcıl 9-cu oyunda qalib gələrək, birgünlüyə “Barselona”ya çatdı. Hiyləgər Ançelotti “Borussiya” və “Barsa” ilə vacib ev oyunları ərəfəsində rotasiyalara əl atsa da, xal itirmədi.

Madridin digər nəhəngi “Atletiko” da məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. “Hindular” evdə “Leqanes”in öhdəsindən gəldi. Təbii ki, onlar meydana “Barsa” ilə “Real”dan çox uzaq düşməmək hədəfi ilə çıxmışdı. Rəqibin start təzyiqi dəf edən qonaqlar 34-cü dəqiqədə gözlənilmədən hesabı açdı. Oblak Neyunun yaxın yuxarı küncə zərbəsi qarşısında aciz qaldı. Komandalar fasiləyə yollananda “Metropolitano”ya toplaşanlar “Atletiko”nu fitə basdı. Oyunun axarından narazı qalan Simeone fasilədən dərhal sonra Lanqleni Lino ilə əvəzlədi, 57-ci dəqiqədə isə birdən-birə üç argentinalını meydana buraxdı. Ancaq bərabərlik qolunu onlar yox, norveçli Sörlot vurdu. O, klub və yığma formasında ardıcıl 3-cü oyunda fərqləndi. “Atletiko” qoldan sonra da təzyiqi davam etdirdi. Bunun məntiqi nəticəsi kimi Qrizmann 81-ci dəqiqədə hesabı dəyişdi. 9-cu uzatma dəqiqəsində isə Sörlot növbəti dəfə səhnəyə çıxdı.

“Atletik” İnyaki Uilyamsın dublu, Vivian və Berengerin qolları sayəsində “Espanyol”u darmadağın etdi. “Malyorka” isə “Rayo Valyekano”nun qapısından bir qol keçirə bildi. “Atletik”lə “Malyorka” 4-cü pillədə qərarlaşan “Vilyarreal”ın ən yaxın izləyiciləridi.
Turun qalan oyunlarına gəlincə, “Valyadolid” səfərdə “Alaves”dən üstün oldu, “Osasuna”nı məğlub edən “Betis” bu komandanı turnir cədvəlində özündən arxada qoydu, mövsümün əvvəlini boşa verən “Real Sosyedad” növbəti qələbəsini “Jirona” üzərində qazandı, “Vilyarreal” – “Xetafe” oyununda isə heç-heçə qeydə alındı. Turun dünən axşam keçirilən son oyununda “Valensiya” evdə “Las Palmas”a uduzdu.

10-cu tur
Barselona – Sevilya 5:1

Levandovski, 24-p.; 39. Pedri, 28. Torre, 82; 88 – İdumbo, 87. (47848)
Barselona: Penya, Balde, Martines, Kubarsi, Kunde, Pedri (Qavi, 83), Kasado, Fati (Martin, 76), Rafinya (Lopes, 66), Yamal (Torre, 76), Levandovski (Viktor, 66).
Selta Real 1:2
Svedberq, 51 Mbappe, 20. Vinisius, 66. (24445)
Real: Kurtua, F.Qarsiya (Mendi, 70), Rüdiger, Militao, Vaskes, Bellingem, Kamavinqa (Rodriqo, 63), Çuameni, Valverde (Modriç, 63), Vinisius, Mbappe (Sebalyos, 82).

Atletiko - Leqanes 3:1
Sörlot, 69; 90+9. Qrizmann, 81 Neyu, 34. (60122)
Atletiko: Oblak, Qalan, Lanqle (Ximenes, 64), Vitsel, Molina (Lino, 46), Barrios, Koke (De Paul, 57), Rikelme (Simeone, 57), Qrizmann, Sörlot, Korrea (Alvares, 57).

Atletik – Espanyol 4:1
Vivian, 6. İ.Uilyams, 28; 30. Berenger, 55 – Texero, 90+2. (46713)

Malyorka – Rayo Valyekano 1:0
Muriqi, 75. (18136)

Alaves – Valyadolid 2:3
Martines, 6. K.Qarsiya, 90+7 Silla, 17-p. Amallah, 72-p. Anuar, 76. (16904)

Osasuna - Betis 1:2
Torro, 59 Roke, 7. Avila, 73. (21045)

Jirona - Real Sosyedad 0:1
Oyarsabal, 44. (12602)

Vilyarreal Xetafe 1:1
Komesanya, 44 Arambarri, 88-p. (19355)

Valensiya - Las Palmas 2:3
Pepelu, 11-p. Tarrera, 90+4 Munyos, 43. F.Silva, 53. Moleyro, 84. (42453)

1. Barselona 10 9 0 1 33-10 27
2. Real 10 7 3 0 21-7 24
3. Atletiko 10 5 5 0 16-6 20
4. Vilyarreal 10 5 3 2 18-18 18
5. Atletik 10 5 2 3 17-11 17
6. Malyorka 10 5 2 3 10-8 17
7. Betis 10 4 3 3 10-9 15
8. Osasuna 10 4 3 3 14-16 15
9. Rayo Valyekano 10 3 4 3 11-10 13
10. Selta 10 4 1 5 17-17 13
11. Real Sosyedad 10 3 3 4 8-8 12
12. Jirona 10 3 3 4 11-13 12
13. Sevilya 10 3 3 4 10-15 12
14. Espanyol 10 3 1 6 10-17 10
15. Alaves 10 3 1 6 13-18 10
16. Xetafe 10 1 6 3 7-8 9
17. Leqanes 10 1 5 4 6-12 8
18. Valyadolid 10 2 2 6 8-21 8
19. Las Palmas 10 1 3 6 12-19 6
20. Valensiya 10 1 3 6 7-16 6

Bombardirlər: Levandovski (Barselona) – 12, A.Peres (Vilyarreal), Mbappe (Real) – 6, Rafinya (Barselona), Lo Çelso (Betis), Vinisius (Real) – 5.

Növbəti turun oyunları oktyabrın 25-28-i aralığında keçiriləcək: Espanyol – Sevilya, Valyadolid – Vilyarreal, Rayo Valyekano – Alaves, Las Palmas – Jirona, Real – Barselona, Leqanes – Selta, Xetafe – Valensiya, Betis – Atletiko, Real Sosyedad – Osasuna, Malyorka – Atletik.

Turun rəqəmi
200 – Ançelotti “Real”ın “sükanı arxasında” La Liqada keçirdiyi oyunların sayını bu həddə çatdırdı. Madrid klubu 65 yaşlı mütəxəssisin rəhbərliyi altında bütün turnirlərdə 304 oyun keçirib. “Real”ın La Liqada oyun sayına görə rekordçu məşqçisi Migel Munyosdu (424).

Turun ulduzu
Robert Levandovski (Barselona) – polşalı hücumçu mövsümün əvvəlində qeyri-adi məhsuldarlıq nümayiş etdirir. O, bu dəfə həm oyun vəziyyətindən, həm də penaltidən fərqləndi. Leva ən vacib məqamda fərq yaratmağı bacarır.

Turun sitatı
Luka Modriç, “Real”ın yarımmüdafiəçisi:

“Yaşımın xatırladılmasını heç də xoşlamıram. Bu klubun ən yaşlı futbolçusu olmağımla qürur duyuram. “Selta” üzərindəki vacib qələbəyə görə sevinirəm. Bu ruhda da davam etməliyik, irəlidə bizi başqa vacib oyunlar gözləyir”.


Faktlar
* “Real”ın La Liqada məğlubiyyətsiz oyunlar seriyası 42-yə çatdı. “Kral klubu” bu göstəricidə “Barselona”nun rekordunu (43) təkrarlamağa yaxındı. Maraqlıdı ki, növbəti turda məhz bu iki komanda üz-üzə gələcək.
* Modriç “Real”ın tarixinə ən yaşlı futbolçu kimi düşdü. O, “Selta” ilə oyuna 39 yaş 40 günlüyündə çıxdı. Xorvatiyalı 1966-cı ildə 39 yaş 36 günlüyündə “Real”da son oyununu keçirən Ferents Puşkaşın rekordunu qırdı.
* 547-ci dəfə “Real” forması geyən Modriç bu göstəricidə Marselonu arxada qoydu və əcnəbulər arasında 2-ci yerə yüksəldi. Rekordçu Benzemanın hesabında 648 oyun var.
* “Selta” La Liqada evdə ardıcıl 7 oyunda “Real”a uduzan ilk komandadı.
* Vinisius La Liqanın son 4 mövsümündə 75 (47+28) məhsuldar hərəkətlə yadda qalıb. O, bu göstəricidə liderdi.
* Levandovski 20 klubun 12-dən çox qol vurub.
* “Barselona” ilk 10 turda 33 qol vurub. Komanda yalnız 1950-ci və 2008-ci illərdə mövsümə bundan daha yaxşı başlayıb.
* Yamal Messinin 10 il əvvəlki uğurunu təkrarlayıb. Gənc vinger ilk 10 turda 6 məhsuldar ötürmə verib. Argentinalının parladığı 2014/15 mövsümündən bəri “Barsa”da heç kim bunu bacarmamışdı. Messi onda ilk 10 oyunda 7 məhsuldar ötürmə vermişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

6-09-2024, 21:0

“Barsa” darmadağın etdi, “Real”la “Atletiko” da qələbə qazandı - TURUN ŞƏRHİ

Dünya futbolu

14-03-2022, 12:0

“Barselona” “Real”ı darmadağın edib çempion oldu!

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

31-08-2024, 11:0

“Barselona” ilə “Selta” zirvəyə şərikdi - ŞƏRH

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 140
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə