Qara karyerasını bitirməsi haqda iddialara cavab verdi - "Neftçi"dən ayrıldıqdan sonra...

26.10.2024 00:40 1 917
Aktual / Ölkə futbolu
Bir müddət öncə “Neftçi”dən ayrılan Qara Qarayev hələ də klubsuzdu.

Roman Qriqorçukun dövründə əvəzedici komandaya göndərilən yarımmüdafiəçi çox keçmədən “ağ-qaralar”dan ayrıldı. Ardından onun karyerası ilə bağlı müxtəlif versiyalar söylənildi. Lakin Qara heç bir klubla anlaşmadı.

Bəs karyerası ilə bağlı nə vaxt qərar verəcək? Onunla əlaqə saxladıq:

“Hələ heç bir xəbər yoxdu. Bu haqda məlumat vermək istəmirəm. Anlayışınıza görə çox sağ olun”.

RÖYANƏ OĞUZ