“Zirə” növbəti oyuna kapitansız çıxacaq? – “Ayağı əzilib...”

24.10.2024 22:35 308
Aktual / Ölkə futbolu
Misli premyer-liqasının 10-cu turunda “Zirə” evdə “Sabah”la heç-heçəyə razılaşdı - 1:1.”Qartallar”ın yeganə qolunu vuran Georgi Papunaşvili 72-ci dəqiqədə Qismət Alıyevi əvəzləmişdi.

Kapitan ayağından aldığı ciddi zədə səbəbindən həkimlərin köməyi ilə meydanı tərk etdi. Hətta oyundan sonra paltardəyişmə otağından çıxıb avtobusa yaxınlaşarkən də adamların da köməyi ilə addımladı.

Bəs kapitan “Araz-Naxçıvan”la səfər oyununda komandasına kömək edə biləcəkmi?

“Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadənin “Football-plus.az”a cavabı:

“Ötən oyunda Qismətin ayağı əzildi. Növbəti turda iştirak edib-etməyəcəyi oyun ərəfəsində bilinəcək. Ciddi bir şey yoxdu, sadəcə, ayağı əzilib”.


Qeyd edək ki, Rəşad Sadıqovun komandası oktyabrın 26-da “qırmızı-ağlar"ın qonağı olacaq.

RÖYANƏ OĞUZ