Martda “Zirə”yə qoşulan, ötən mövsümün son 3 ayını “qartallar”da keçirən paraqvaylı yarımmüdafiəçi ilə “qırmızı-ağlar” maraqlanır. Onun hətta “Araz-Naxçıvan”la 8 aylıq müqavilə imzaladığı da iddia olunur.
Bəs Sezar artıq Bakıda, komandanın düşərgəsindədirmi? Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun “Football-plus.az”a cavabı:
“Meza Kolli transfer etmək istədiyimiz oyunçulardan biridi. Amma hələ ki müqavilə bağlanmayıb, rəsmi bir şey yoxdu. Nə vaxtsa rəsmiləşəndə ictimaiyyətə açıqlayacağıq”.
Qeyd edək ki, 32 yaşlı futbolçu ölkəmizdə “Zirə”, “Şamaxı” və “Neftçi”nin şərəfini qoruyub.
RÖYANƏ OĞUZ


