Futbolçu müharibədə həlak oldu

24.10.2024 10:31 278
Dünya futbolu
Dmitri Boqaçov Rusiyaya qarşı müharibədə ölkəsini müdafiə edərkən həlak olub.

Bu haqda ukraynalı futbolçunun sabiq komanda yoldaşı Aleksandr Litvinenko məlumat verib. 32 yaşında dünyasını dəyişən Boqaçov karyerası ərzində Polşanın 4-cü divizionunda çıxış edən “Sumı”, “Viktoriya”, “Trostyanets” və “Orleta” klublarında oynayıb. Onun hesabında bu klublarda ümumilikdə 162 oyun, 26 qol və 7 məhsuldar ötürmə var idi.

Boqaçov genişmiqyaslı müharibə başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmuşdu. O, Avdiiv Koks Kimya Zavodunun ərazisində döyüşmüş və həkimlik etmişdi.