Atıcılıq üzrə Ukrayna millisinin sabiq üzvü İvan Bidnyak Rusiya ilə müharibədə həlak olub.
Bu barədə Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb. Beynəlxalq dərəcəli idman ustası Xerson vilayətində gedən döyüşlər zamanı ölüb.
İvan Bidnyak 2010 və 2013-cü ildəki Avropa çempionatlarında gümüş medal qazanıb. O, London-2012 Yay Olimpiya Oyunlarının iştirakçısı olub.