Millimizin hücumçusu əməliyyat edildi

22.10.2024 22:35 290
Dünya futbolu
Millimizin hücumçusu Renat Dadaşov əməliyyat olunub.

“Football-plus.az” xəbər verir ki, bununla bağlı məlumatı futbolçunun çıxış etdiyi "Ankaragücü"nün mətbuat xidməti məlumat yayıb.


1-ci liqa təmsilçisinin yaydığı açıqlamada qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat edilən Dadaçovun 4-6 həftədən sonra məşqlərə başlayacağı bildirilib.

Qeyd edək ki, Renat bu mövsüm 1-ci liqada 9 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.