Renat "Ankaragücü"ndə

8.08.2024 22:46 416
Aktual / Dünya futbolu
Millimizin üzvü Renat Dadaşov Türkiyə klubuna transfer olunub.

"Football-plus.az" xəbər verir ki, yığmamızın hücumçusu 1-ci liqa təmsilçisi "Ankaragücü" ilə iki illik müqavilə bağlayıb.

Qeyd edək ki, Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"un heyətində keçirsə də, müqavilə ilə İsveçrə "Qrasshopper"inə məxsus olub.