Bu ilin iyununda rebrendinq edən “Qurtuluş” Sumqayıtı təmsil edəcək.
Bəs komandanın gələcəyə dair hansı planları var? Bu işdə komandaya dəstək olacaq sponsor varmı? Bu sualları “Qurtuluş”un rəhbəri Vaqif Qocayevə ünvanladıq:
“Qurtuluş” futbol klubu 2022-ci ildə “Wild Ones” adı altında minifutbolda çıxış edib. Çıxış etdiyi ilk mövsümdə çempion oldu. 2024-cü ildə komanda rebrendinq edərək, “Qurtuluş” adını aldı və loqoqsunu dəyişdi. Komandamızın hədəfi AFFA-nın təşkil etdiyi aşağı yaş qruplarında və Region Liqasında çıxış etməkdi. Doğma şəhərimiz Sumqayıtda stadion verilmədiyinə görə 2024/25 mövsümündə Region Liqasında çıxış etmək alınmır. Komandamız hazırda aşağı yaş qrupları üçün akademiyasını qurur. 9-13 yaşlı uşaqlar “Spartak Arena”da məşq edəcək. Məqsədimiz perspektivli futbolçular yetişdirməkdi. Komandanın futboçu və məşqçi heyətində heç bir problemi yoxdu. Sadəcə, stadion məsələsi bizə problem yaradır. Akademiyada heç bir problem yoxdu. Təəssüf ki, əsas komandanın oynaması üçün heç bir stadionla anlaşa bilməmişik. Komandamız hazırlıq və heyət formalaşdırmaq məqsədilə iki yoxlama oyunu keçirib. İlk oyunda “Rekord” a 3:5 hesabıyla məğlub olsaq da, Region Liqasında çıxış edən “Ramana”ya qalib gəldik - 6:2. Hazırda sponsor ola biləcək bir neçə şirkətlə danışıq aparırıq. Hələ ki bu barədə dəqiq nəsə deyə bilmirəm. Düşünürəm ki, şəhərimizdə futbola dəstək ola və yatırım edə biləcək şirkətlər var”.
ƏSƏD SEYİDOV