Region Liqasında neçə komanda iştirak edəcək? - AÇIQLAMA

10.10.2024 18:38 546
Aktual / Ölkə futbolu
AFFA Region Liqasının 2024/25 mövsümündə iştirak etmək istəyən komandalar üçün qeydiyyat müddətini uzadıb.

Çempionata qatılmaq arzusunda olanlar üçün son tarix oktyabrın 1-i nəzərdə tutulmuşdu. İndi isə onlar daha bir neçə gün əlavə vaxt əldə edib.

Region Liqasına qatılmaq istəyən komandalara vaxt vermək nə ilə bağlıdı? Ötən mövsüm 40 komanda mübarizə aparmışdı. Bu dəfə nə qədər iştirakçı gözlənilir? Bu sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“Komandalara hər hansı əlavə vaxt verilməyib. Yaxın zamanlarda AFFA Region Liqasında çıxış edəcək komandaların son siyahısı açıqlanacaq. Hazırda neçə komandanın iştirak edəcəyi ilə bağlı dəqiq məlumat verə bilməyəcəm. Komandaların son siyahısı dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”.


ƏSƏD SEYİDOV