• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo rekordları, Portuqaliya qələbələri sıralayır - İCMAL

Dünya futbolu

19-10-2024, 10:0

Oktyabrın 11-13-ü aralığında Millətlər Liqasında 3-4-cü turların 24 oyunu keçirildi.

Təəssüf ki, yığmamız növbəti məğlubiyyətlə azarkeşlərini üzdü. Qalan komandaların çıxışına gəlincə, Portuqaliya, Yunanıstan və Rumıniya itkisiz irəliləyir. Türkiyə yığması da 3 oyundan sonra 7 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Ukrayna – Gürcüstan oyununun nəticəsi də maraq doğururdu. Axı ukraynalılar ilk iki oyunda uduzmuş, qonşularımız isə qalib gəlmişdi. Postsovet məkanı derbisindən Ukrayna qalib ayrıldı.

Ronaldo rekordları, Portuqaliya qələbələri sıralayır
Xorvatiyanın heç də gənc olmayan yığması oyunboyu Şotlandiyanı təzyiq altında saxlasa da, 33-cü dəqiqədə çox qəribə qol buraxdı. Qonaqların əks-hücumu zamanı top cərimə meydançasında Luka Suçiçin ayağından səkdi, belədə Kristi dərhal qapını nişan aldı. Onun zərbəsindən sonra Çaleta-Sar çox çalışsa da, topun qapıdan keçməsinin qarşısını ala bilmədi. Amma xorvatlar bərabərlik qolunu çox tez vurdu. Qvardiolun uzun diaqonal ötürməsindən sonra təcrübəli Perişiç topu penalti nöqtəsi həndəvərində olan Matanoviç üçün saxladı. 21 yaşlı hücumçu milli komandada qol hesabına açdı. Bu futbolçu Hamburqda doğulub və U-19-a qədər Almaniyanın müxtəlif yaş qrupu üzrə yığmalarının şərəfini qoruyub. İkinci bundesliqada özünə ad-san qazanıb, gənclər yığması səviyyəsinə yüksələndən sonra tarixi vətəninin yığmasında çıxış etməyə qərar verib. Və budu, “Ayntraxt”ın əsas heyətində möhkəmlənəndən sonra milli komandaya dəvəti haqq edib. Gənclər öz yerində, veteranlar da “damalılar”ın qələbəsi üçün əlindən gələni etdi. Modriç yenə ən yaxşılardan idi, Xorvatiyanın 2-ci qolunu isə əvəzlənmə ərəfəsində Kramariç vurdu. Düzdü, qonaqlar da məğlubiyyətdən qurtulmağa çox yaxın idi. Onlar iki dəfə əlverişli imkanı qaçırdı, 5-ci uzatma dəqiqəsində top tora düşəndə isə VAR ofsayd qeydə aldı.

Bu qrupun digər oyununda Polşa Portuqaliyanı qəbul etdi. Oyunun afişası möhtəşəm idi: Ronaldo Levandovskiyə qarşı! Birinci 4 aydan sonra 40 yaşını tamamlayacaq, ikinci avqustda 36 yaşını qeyd edib, ancaq hələ də bu iki futbolçu yığmalarının ən parlaq sımalarıdı. Hərçənd yeni simalarla da tanış olmağın vaxtıdı. Məsələn, Portuqaliyanın heyətində yaxınlarda “Çelsi”də qol hesabını açan Veyqa debüt etdi. Amma Portuqaliyanın qələbəsini ənənəvi qəhrəmanlar təmin etdi. Ağıllı Bruno Fernandeş turnirdəki üç oyunun hər birində məhsuldar hərəkətlə yadda qalıb. MY-nin ulduzu bu dəfə başla Bernardo Silvaya məhsuldar ötürmə verdi. Yeri gəlmişkən, məhz Bernardo Millətlər Liqasında 20 oyun həddinə çatan ilk portuqaliyalı futbolçu oldu. Oyunun əvvəlində topu tirə vuran Ronaldo isə 37-ci dəqiqədə fərqi artırdı. Frankovski ilə Valyukeviçin zonasından yaxşı keçid edən Leaonun zərbəsindən sonra top dirəkdən döndü, Kriştiano təkrar zərbə ilə topu tora göndərdi.

Fasilədən sonra qonaqlar dəfələrlə fərqi darmadağın həddinə çatdıra bilərdi. Təkcə elə Fernandeş üç gözəl imkanı qaçırdı. 78-ci dəqiqədə Zyelinski intriqanı bərpa etdi. Final fitinə az qalmış isə meydanda kiçik qalmaqal yaşandı – Gözüböyük Ameyava qarşı kobud oynayan Semedunun hərəkətinə görə penalti təyin etmədi, qonaqların cavab hücumunda isə Mendeşin Jotaya ötürməsinin qarşısını almaq istəyən Bednarek topu öz qapısına göndərdi. Portuqaliya Millətlər Liqasında itkisiz irəliləyirsə, Polşa Xorvatiyanın ardından daha bir favoritə uduzdu. Sırf Ronaldo – Levandovski duelinə gəlincə, meydanda bir saatdan artıq olan portuqaliyalı komandasının qələbəsi üçün əlindən gələni etdi. Amma “Barselona”nın mərkəz hucmçusuna praktiki cəhətdən top çatmadı.

A liqası, 1-ci qrup
3-cü tur
Xorvatiya – Şotlandiya 2:1 (1:1)

Xorvatiya: Livakoviç, Qvardiol, Çaleta-Sar, Şutalo, Sosa, Paşaliç (P.Suçiç, 46), Modriç, Perişiç (Yakiç, 90+1), Kramariç (Budimir, 71), Matanoviç (Petkoviç, 71), L.Suçiç (Baturina, 62).
Şotlandiya: Qordon, Robertson, Henli, Suttar, Ralston, Maklin, Gilmor, Kristi, Maktominey, Doak (Adams, 77), Dayks (Qold, 77).
Qollar: Kristi, 33 (0:1). Matanoviç, 36 (1:1). Kramariç, 70 (2:1).
Vərəqə: Henli, 8. Paşaliç, 19. Perişiç, 39. Gilmor, 90+4 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
12 oktyabr. Zaqreb. 21702 tamaşaçı.

Polşa – Portuqaliya 1:3 (0:2)
Polşa: Skorupski, Valyukeviç (Kivyor, 46), Bednarek, Davidoviç, Frankovski, Şimanski (Pyontek, 84), Oyedele, Zyelinski, Zalevski (Ameyav, 76), Sviderski (Urbanski, 76), Levandovski.
Portuqaliya: D.Koşta, Dalot, Diaş, Veyqa, Mendeş, Neveş, Fernandeş (Otavio, 90+1), B.Silva (S.Koşta, 90+1), Neto (Semedu, 81), K.Ronaldo (Jota, 63), Leao (Trinkan, 63).
Qollar: B.Silva, 26 (0:1). K.Ronaldo, 37 (0:2). Zyelinski, 78 (1:2). Bednarek, 88-öz qapısına (1:3).
Vərəqələr: Neto, 32. Valyukeviç, 45. Frankovski, 51. Pyontek, 88. Skorupski, 88 – sarı.
Hakim: Sərdar Gözüböyük (Niderland).
12 oktyabr. Varşava. 56954 tamaşaçı.

1. Portuqaliya 3 3 0 0 7-3 9
2. Xorvatiya 3 2 0 1 4-3 6
3. Polşa 3 1 0 2 4-6 3
4. Şotlandiya 3 0 0 3 4-7 0

Növbəti oyunlar oktyabrın 15-də keçiriləcək: Polşa – Xorvatiya, Şotlandiya – Portuqaliya.

Faktlar
* Ronaldo 39 yaşında yığmada 5 qol vurub. Heç bir başqa futbolçu belə nəticə ilə öyünə bilməz.
* Kriştiano həmçinin tarixə milli formada rəsmi oyunlarda 100-cü qələbəni qazanan ilk futbolçu kimi düşdü. Üstəlik o, yoldaşlıq oyunları da nəzərə alınmaqla Serxio Ramosun qələbə sayındakı rekordunu (131) təkrarladı.

Oyundan sonra
Robert Levandovski, Polşa yığmasının hücumçusu:

“Mən yarımmüdafiəçi deyiləm, meydanın özümüzə aid hissəsində topu ələ keçirmək üçün müdafiə xəttinə qədər geri çəkilməməliyəm. Bəlkə də məşqdə bunu etmək olar. Ancaq oyun vaxtı cərimə meydançasının yaxınlığında olub, asmalar, ötürmələr gözləməliyəm. Ümumilikdə rəqibin cərimə meydançası önündə top bizdə az olur. Hücumçunun rolu həmin zonada nəsə düşünməkdən ibarətdi”.


Zlatko Daliç, Xorvatiya yığmasının baş məşqçisi:
“Qələbədən razı olsam da, oyundan tam razı deyiləm. Ancaq əsas odu ki, 3 xal qazandıq. Bizdə inadkarlıq və döyüşkənlik çatmadı, sanki özümüzü qoruyurduq. Bu, öyrəşdiyimiz – mobil, döyüşkən və yığcam Xorvatiya yığması deyildi. Son nəticədə qalib gəldik - əsas olan budu. Ancaq oyun keyfiyyətini yaxşılaşdırmaq lazımdı. Portuqaliya və Polşa ilə qarşılaşmalarda bugünkündən daha yaxşı oynamışdıq. Həmin səviyyəyə qayıtmaq lazımdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-06-2022, 12:0

Ronaldo İspaniya ilə oyunu belə şərh etdi

Dünya futbolu

19-04-2023, 17:0

“Şaxtyor” qələbələri sıralayır, “Dinamo” böhrandadı – TURUN ŞƏRHİ

Dünya futbolu

14-09-2024, 23:0

Ronaldo 48-ci yığmanın da qapısına yol tapdı! - ŞƏRH

Dünya futbolu

6-06-2022, 09:0

Ronaldo rekordunu yenilədi

Aktual
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
“Qarabağ”ın səfər oyunu göstəriləcək!
Son xəbərlər
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Dünən, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Dünən, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 221
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə