Futbolçuların müqavilələri və qazancları haqda ən son məlumatları paylaşmaqla tanınan ''capologyi.com'' saytına əsasən hazırda dünyanın ən çox qazanan gənc futbolçuların ilk ''10-luğ''u bəlli olub.
Yaşı 20-yə çatmamış futbolçuların yer aldığı siyahıda Türkiyə yığması və ''Real''ın ulduzu Arda Gülər 3-cü pillədə qərarlaşıb. Onun illik qazancı 5,2 milyon avrodu. Arda ''Real''dakı braziliyalı komanda yoldaşı Endriki də üstələyir. Siyahıya PSJ-li Zair-Emeri başçılıq edir. Tam siyahını sizə təqdim edirik.
1. Uorren Zair-Emeri (PSJ) - 8,4 milyon avro
2. Leni Yoro (Mançester Yunayted) - 7,1 milyon avro
3. Arda Gülər (Real) - 5,2 milyon avro
4. Matis Tel (Bavariya) - 5 milyon avro
5. Arçi Qrey (Tottenhem) - 4,6 milyon avro
6. Endrik (Real) - 4,16 milyon avro
7. Po Kubarsi (Barselona) - 4 milyon avro
8. Vitor Roke (Barselona) - 3,5 milyon avro
9. Mark Qiu (Çelsi) - 3,1 milyon avro
10. Yussufa Mukoko (Nitsa) - 3 milyon avro
ƏLİ