İspaniya yığmasıında 96 ildən sonra bir ilk yaşanıb.
Çoxdan təsadüf edilməyən fakt Millətlər Liqasının Serbiya ilə oyununda (3:0) qeydə alınıb. Bu matçda “Real”, “Barselona” və “Atletiko”dan heç bir futbolçu milli komandanın start heyətində olmayıb. Bu, İspaniya yığmasının 104 illik tarixində 4-cü belə haldı.
Komanda 1928-ci ildə keçirilən Olimpiadadakı 3 matçda adları çəkilən 3 klubunun oyunçuları olmadan iştirak edib.
Qeyd edək ki, ilk 4 turda 10 xal toplayan İspaniya yığması qrupda liderdi.