Tanınmış məşqçidən Poqbaya sərt sözlər

17.10.2024 07:22 314
Dünya futbolu
Dopinq cəzasının ardından karyerası məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Pol Poqba bilindiyi kimi bu günlərdə sevindirici xəbər aldı.

İdman Arbitraj məhkəməsi onun cəzasını 4 ildən 18 aya endirdi. Ünlü fransalı yarımmüdafiəçi yanvardan etibarən məşqlərə başlaya, martdan etibarən isə oyunlara çıxa biləcək.

Bu arada Qrem Suness Poqbanı tənqid atəşinə tutub. '

'Liverpul'', ''Qalatasaray'', ''Benfika'', ''Nyukasl'' kimi klubları çalışdırmış tanınmış şotlandiyalı mütəxəssis bunları deyib:

''Razıyam ki, Poqba çox istedadlıdı. Amma bu istedadı boşuna xərclədi. Onun başına gələn ən pis şey dünya çempionluğunu qazanmaq oldu. Həmin gündən sonra sanki futbolla vidalaşdı. Sadəcə görüntü xətrinə oynayırdı. Mourinyo ''Yunayted''i çalışdırdığı dönəmdə Poqbanı ''virus'' adlandırmışdı. Bu sözü elə-belə deməmişdi. Poqbanın beynində, yəni psixoloji cəhətdən bəzi çatışmazlıqları var''.

ƏLİ