“Bütün müsahibələrinə “mən Sumqayıt uşağıyam” deyə başlayan Samir Abasov...” – sərt reaksiya

16.10.2024 09:30 4 040
Aktual / Ölkə futbolu
Samir Abasovun “Neftçi”nin dəvəti ilə “Sumqayıt”ı tərk etməsi heç də birmənalı qarşılanmadı. Bəzi sumqayıtlılar Abasovu komandanı yarıyolda qoyub getdiyinə görə qınadı.

Samir Abasovun qəfil gedişinə necə yanaşırsız? Bu sualı “UltraSumqayıt” azarkeş qrupunun rəhbəri Qüdrət Allahverdiyevə ünvanladıq:

“Bütün müsahibələrinə “mən Sumqayıt uşağıyam” deyə başlayan Samir Abasov indi öz şəhərinin komandasını çətin vəziyyətdə qoyub getdi. Biz “UltraSumqayıt” olaraq, həm komandanın, həm də baş məşqçinin çətin və yaxşı günündə yanında olmuşuq. Lakin verilən sözlər var ki, bunlardan biri də Sumqayıt uşağı Samir Abasovun bu şəhərdə futbolu qaldıracağı və şəhər camaatında futbola sevgisi yaradacağı ilə bağlı idi. Bəs hanı verilən sözlər? Hardadı Sumqayıt uşağı? Yəqin verilən sözləri gedərək yerinə yetirmək istədi. Bu qədər verilən sözlər və yenə də 2-ci dəfə yarıyolda qoyub gedilən şəhər... Əlbəttə, futbol bir oyundu, belə ayrılıqlar normaldı. Amma verilən sözlər tutulsaydı və yerinə yetirilsəydi. Hər şeyə rəğmən, uğurlar, Sumqayıt uşağı”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul