“Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya A seriyasında sentyabrın ən yaxşı futbolçusu seçilib.
23 yaşlı hücumçu ötən ay keçirdiyi 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, səsvermədə Qleyson Bremer (Yuventus), Santyaqo Kastro (Bolonya), Patrik Kutrone (Komo), Federiko Dimarko (İnter) və Kristian Pulişiçi (Milan) qabaqlayıb.
Sentyabrın ən yaxşı futbolçusu seçildi
Dünya futbolu




