• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əliyar Ağayev bir oyunda 10 vərəqə göstərdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

15-10-2024, 07:0

22 sarı, 1 qırmızı vərəqə, heç bir komandanın cəzadan yaxa qurtara bilməməsi – turun intizam tədbirlərinin rəqəmli yekunu belədi.

Özü də maraqlıdı ki, 9 sarı, 1 qırmızı vərəqə “Səbail” – “Şamaxı” oyununa təsadüf etdi. Adətən, hakimlərə tənqidi münasibəti ilə seçilən Ayxan Abasov “hakimlikdən danışmayacam, hər tur danışmaq bir az pis olur” deyirsə, deməli, qəlbinin dərinliklərində məğlubiyyətin heç də Əliya Ağayevin qərarları ilə bağlı olmamasıyla barışıb.

Səbail – Şamaxı, ƏLİYAR AĞAYEV
FİFA referisi 19-cu dəqiqədən 81-ci dəqiqəyə qədər vərəqə payladı. Cari mövsümdəki 3-cü qırmızı vərəqə də Əliyar bəyin payına düşdü. Ayxan bəyin onun idarəçiliyinə münasibətini girişdə xatırlatdım, Şahin Diniyev də “Ağayev oyunu normal idarə etdi” deməklə kifayətləndi. Ağayevin qərarları bütövlükdə şübhə doğurmasa da, bu statusda birinin heç də liderlərin qarşılaşmadığı oyunda ehtirasları yalnız cəza tədbirləri hesabına sakitləşdirməsi heç də xoş hal deyil.

Sabah – Araz–Naxçıvan, CAVİD CƏLİLOV
Azarkeşlər daha baxımlı və həyəcanlı matça ümid edirdi. Lakin komandaların qarşılıqlı qollardan sonra müdafiə olunmağa üstünlük verməsi həmin gözləntiləri puç etdi. Ağır və cansıxıcı oyunu idarə etmək Cavid bəy üçün çətin olmadı. Yenə də onun xeyli məqamda futbolçulara güzəşt etdiyini deyə bilərik. Gah qayda pozuntularına göz yumdu, gah da kobud oyuna şərait yaratdı. Hətta qapıçıların topu oyuna gec daxil etməsinə də səs çıxarmadı. Baş məşqçilər bundan narazı qalmasa da, azarkeşlər səs-küy salaraq Cəlilovun üzərində təzyiq yaratdı. Hər halda, ədalət təmsilçisi bunları nəzərə almadan, sona qədər eyni tempi qorudu. Onun ideal idarəçiliklə yadda qaldığını demək doğru olmaz.

Sumqayıt – Qarabağ, ELÇİN MƏSİYEV, KAMRAN ƏLİYEV
Oyunun taleyini qonaqların yeganə qolunun həll etməsi matçın baxımsız keçməsi demək deyil. Əvvəldən sona qədər istər meydanda, istərsə də tribunalarda gərgin mübarizəyə şahidlik etdik. FİFA referisi Elçin Məsiyev dinamik matçın öhdəsindən layiqincə gəldi. Komandalar kobudluğa yol vermir, qaydalara maksimum əməl etməyə çalışırdı. Yenə də qaçılmaz səhvlər oldu ki, ədalət təmsilçisi dərhal cəza tədbirlərinə əl atdı. Birinci hissənin gedişində zədələnən Məsiyevin missiyasını Kamran Əliyev də qüsursuz davam etdirdi. Beləcə ötən həftə hakimləri günahlandıran Qurban Qurbanov və Samir Abasov bu dəfə narazı qalmadı.

Kəpəz – Neftçi, RƏŞAD ƏHMƏDOV
Tovuzda keçirilən açılış matçı Rəşad Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılmışdı. Baxımlı oyuna şahidlik etdiyimizə şübhə yoxdu. Məhsuldar keçən oyunda hansısa aqressivliyin şahidi olmadıq. Rəşad bəy cəmi üç dəfə əlini cibinə salmalı oldu. Uzatma dəqiqələrində Ağadadaş Salyanskinin vurduğu qol bir qədər şübhəli görünsə də, referi laysmanın da yardımı ilə mərkəzi göstərdi.

Turan Tovuz – Zirə, RƏVAN HƏMZƏZADƏ
Hər iki komandanın yüksək yerlər uğrunda mübarizə apardığı sirr deyil. Oyun yetərincə maraqlı alındı. Tovuzlu futbolsevərlər son turlarda hakimlər tərəfindən doğma komandalarına qarşı haqsızlıq edildiyini düşünürdü. Rəvan bəy belə iddiaların hədəfi olmadı. Referi futbolçulara 3 sarı vərəqə göstərdi ki, hamısı haqlı idi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

23-02-2024, 12:0

Ağayev Konfrans Liqasının oyununda 6 sarı vərəqə göstərdi

Dünya futbolu

6-10-2023, 15:0

Əliyar Ağayevdən Polşada 4 sarı vərəqə

Dünya futbolu

2-05-2022, 11:0

Əliyar Ağayev "Panatinakos" - "Aris" matçında nə ilə yadda qaldı?

Aktual
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə