Ağayev Konfrans Liqasının oyununda 6 sarı vərəqə göstərdi

23.02.2024 12:58 192
Ölkə futbolu
FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Servett" (İsveçrə) oyununu idarə edib.

"Football-plus.az" xəbər verir ki, ötən gün keçirilən görüşdə qonaqlar 1:0 hesablı qələbə qazanaraq (ilk oyun - 0:0) növbəti mərhələyə yüksəlib.

Əliyar Ağayev bu oyunda hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.

Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.