"Səbail"in futbolçusu oynadı, millisi qalib gəldi

27.03.2024 13:30 154
Dünya futbolu
"Səbail"in futbolçusu Ayub Masikanın da formasını geyindiyi Kenya millisi yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə Zimbabve millisi ilə üz-üzə gəlib. Matçda Kenya millisi 3:1 hesablı qələbə qazanıb.

Masika da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib.