Millimiz Avstraliya ilə qarşılaşdı

14.10.2024 23:22 239
Yığma
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşü keçirib.

“Football-plus.az” xəbər verir ki, U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz oktyabrın 14-də Avstraliya yığması ilə ikinci yoldaşlıq oyunu keçirəcək.