Fiqurlu konkisürmə üzrə yeniyetmə idmançımız Leyli Axundova Macarıstanın paytaxtı Budapeştdə "Budapest Trophy Challenger Series" yarışında iştirak edib.
"Football-plus.az" xəbər verir ki, o, qısa və sərbəst proqram üzrə mübarizə aparıb.
Axundova 25 idmançı arasında 112.11 xal toplayıb və yekun nəticədə 15-ci yerə sahib olub.