Məlumata görə, yay “transfer pəncərəsi”ndə alınan futbolçular baş məşqçi Azər Bağırovu məmnun etmir. Onların Misli premyer-liqasının 9-cu turunda “Neftçi”yə qarşı keçirilən oyunda (4:3) əvvəldən sona qədər ehtiyat oyunçular skamyasında qalması bu yöndə şübhələri artırır.
Belədə həmin futbolçuların da yola salınacağı ilə bağlı xəbərlərə inanmaq olarmı? Baş məşqçi onların performansından narazıdı?
“Football-plus.az”ın suallarını Azər Bağırov cavabladı:
“Həm Redon Mihana, həm də Lassana Ndiaye bizimlədi. Hazırda məşqdə bir yerdəyik. Hər futbolçu bizim üçün vacibdi. Hamısı özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Motivasiyalı olmalı və daha çox əziyyət çəkməliyik. Mihana ilə Ndiayenin “Neftçi”ylə oyunda ehtiyatda qalması, sadəcə, taktiki gediş idi. Növbəti matçlarda hər ikisinə şans verməyi düşünürük”.
KƏNAN BAHADIR






