Azər Bağırov istədiyi komandanı formalaşdırmaq üçün artıq 9 futbolçu gətirib, bir neçəsini də yola salıb. Son günlər Bağırovun gələcək planlarına daxil olmayan futbolçular sırasında Lassana Ndiayenin də adı çəkilir. İddialara görə 24 yaşlı malili legioner ortaq məxrəcə gəlmək üçün təzminat tələb edir və bu məsələ ilə bağlı tərəflər arasında danışıqlar gedir.
Bəs Lassana ilə bağlı hansı qərar veriləcək?
Daha dəqiq bilgi almaq üçün futbolçunun meneceri Kamran Şahverdiyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Ndiaye ilə bağlı heç bir problem yoxdu. Dəfələrlə də klub prezidenti ilə danışmışıq. Həm baş məşqçi Azər Bağırov, həm də klub futbolçudan razıdı. Heç kim gəlib futbolçuya və ya bizə deməyib ki, pul verib müqaviləni pozaq”.
RÖYANƏ OĞUZ





