Santuş sabah sualları cavablayacaq

12.10.2024 15:56 269
Ölkə futbolu
Millətlər Liqasının qrup mərhələsindəki Azərbaycan - Slovakiya oyunundan əvvəl təşkil ediləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, oktyabrın 13-də ilk olaraq saat 16.15-də millimizin baş məşqçisi Fernando Santuş jurnalistlərin suallarını cavablayacaq. Yığmamızın açıq məşqi saat 17.00-da olacaq.

Saat 18.45-də qonaq komandanın açıq məşqi, 19.30-da isə mətbuat konfransı gerçəkləşəcək.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Slovakiya görüşü saat 20.00-da start götürəcək.