Almaniya futbol ictimaiyyətinə ağır itki üz verib. Yürgen Qrabovski dünən 77 yaşında vəfat edib.
Həm yarımmüdafiəçi, həm də hücumçu kimi tanınan Qrabovski karyerasını bütünlüklə “Ayntraxt”a həsr edib. 1965-80-ci illərdə formasını daşıdığı Frankfurt klubu ilə iki dəfə sabiq Almaniya Federativ Respublikasının kubokunun (1974, 1975) və bir dəfə UEFA Kubokunun (1980) qalibi olub. AFR yığmasında 1966-74-cü illərdə 44 oyun keçirib və 5 qol vurub.
Milli komanda ilə AÇ-1972-də və DÇ-1974-də çempionluq sevinci yaşayıb.