O da "Qarabağ"dan ayrı düşəcək - legionerlə bağlı yeni xəbər

9.10.2024 17:53 1 708
Ölkə futbolu
"Qarabağ"ın daha bir legioneri milli komandaya dəvət olunub.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade Kabo-Verde yığmasına çağırılıb.

31 yaşlı yarımmüdafiəçi Bostvana ilə matçlar üçün komandaya cəlb olunub.

Kabo-Verde millisinin Botsvana ilə görüşləri 10 və 15 oktyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, bunadək "Qarabağ"ın legionerlərindən Marko Yankoviç Monteneqro millisinə, Yassin Benzya isə Əlcəzair yığmasına çağırılıb.