FİFA referisi Elçin Məsiyevin Misli premyer-liqasının 9-cu turunda keçirilən “Sumqayıt” – “Qarabağ” matçının gedişində zədələndiyini yazmışdıq.
Xatırladaq ki, ədalət təmsilçisinin əzələsinin dartılması səbəbindən ikinci hissədə Kamran Əliyev iş başında oldu.
Elçin bəyin son durumunu və sağlamlığının nə vaxt bərpa olunacağını öyrənmək məqsədilə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliylə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında hakimin sağ ayağının arxa qrup əzələsinin 1-ci dərəcəli burxulmaya məruz qaldığını və 10 gün müalicə alacağını dedi.
KƏNAN BAHADIR