"Sumqayıt" Misli premyer-liqasının 9-cu turunda "Qarabağ"ı qəbul edir.
"Football-plus.az" xəbər verir ki, oyunda baş hakim dəyişikliyi baş verib. Daha dəqiq desək, Elçin Məsiyev zədələndiyinə görə matçda ədaləti təmsil etmək ehtiyat hakim Kamran Əliyevə həvalə edilib.
Əldə etdiyimiz məlumata görə, buna Məsiyevin birinci hissənin gedişində əzələsini dartması səbəb olub.
Qeyd edək ki, "Mehdi Hüseynzadə"də keçirilən matçda hələ hesab açılmayıb.
KƏNAN BAHADIR