DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə millimizin heyətində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, Bakıdakı matçda (2:4) sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb.
Onun əvəzinə “Neftçi” İK-nın üzvü Əmir Şocayi komandaya dəvət olunub.
Qeyd edək ki, oktyabrın 11-də Astanada reallaşacaq Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.