“Kəpəz” sonuncu sınaq matçını keçirəcək

25.07.2024 18:54 361
Ölkə futbolu
Qarşıdakı çempionat üçün hazırlıqları davam etdirən “Kəpəz” sabah sonuncu yoxlama oyununu keçirəcək.

“Football-plus.az” xəbər verir ki, “sarı-göylər” Gəncədə “Pelikan” ilə qarşılaşacaqlar. Matç saat 17:30-da başlayacaq.

Xatırladaq ki, “Kəpəz” bundan əvvəl “Turan Tovuz”a (0:4), “Şamaxı”ya (1:2) uduzub. Gəncə təmsilçisi Küveytin “Əl Yarmuk” komandasına isə 2:1 hesabıyla qalib gəlib.