“Toronto” və “Memfis”dən oyunçularına jest

1.10.2024 12:58 134
İdman
“Toronto” forvardı Vins Karterin daşıdığı 15 nömrəli formanı istifadədən çıxaracaq.

Mərasim noyabrın 2-də - “Sakramento” ilə oyundan əvvəl gerçəkləşəcək. MBA-da “Toronto”nun heyətində 6 tam mövsüm keçirən Karter bu müddətdə 403 oyuna çıxıb, hər oyunda 23,4 xal, 5,2 ribaund və 3,9 məhsuldar ötürmə ilə yadda qalıb. Karter 5 dəfə Ulduzların oyununda iştirak edib.

“Memfis” isə vaxtilə hücumameyilli müdafiəçi Toni Allenin daşıdığı 9 nömrəli formanı daha heç kimə verməyəcək. Gələn il martın 15-də - “Mayami” ilə ev oyunundan əvvəl bununla bağlı xüsusi mərasim keçiriləcək.

Allen “Memfis”in forması istifadədən çıxarılan 3-cü basketbolçusu olacaq. “Qrizzlis” ona qədər Zak Rendolfla Mark Qazolun formasını da əbədiləşdirib.

Allen 2010-17-ci illər aralığında “Memfis”in şərəfini qoruyub, bu komanda ilə ən yaxşı nəticəsi 2013-də Qərb konfransının finalında oynamaq olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul