Rikkyardo RB-dən ayrıldı

29.09.2024 17:58 130
İdman
35 yaşlı avstraliyalı Daniel Rikkyardo Sinqapur mərhələsinin ardından “Formula-1” komandalarından RB-ni tərk edib.

Onun yerini Yeni Zelandiyadan olan Liam Louson tutacaq. Sentyabrın 22-də keçirilən Sinqapur mərhələsi Rikkyardo üçün bu mövsüm sonuncu olub. Avstraliyalı orda finişə az qalmış ən sürətli dövrə rekordunu Lando Norrisdən alıb. Şəxsi hesabda 2-ci yerdə qərarlaşan “Maklaren”in britaniyalı pilotu bu üzdən 1 xaldan məhrum olub.

Onu da qeyd edək ki, Danielin hazırda növbəti il üçün müqaviləsi yoxdu. Onun “Formula-1” karyerasını bitirəcəyi gözlənilir.