“Forza Neftçi”dən cavab gecikmədi – “O komandanın kapitanı bizik”

26.09.2024 18:03 228
Aktual / Ölkə futbolu
Roman Qriqorçukun kapitan sarğısını Emin Mahmudovdan aldığını bilirsiz. Baş məşqçinin Emini nəinki əsas, heç 2-ci və 3-cü kapitan kimi də görməməsi birmənalı qarşılanmayıb.

Yeni kapitan Ramil Şeydayevlə Emin Mahmudovun tərəfini tutanlar sosial şəbəkələrdə qarşı-qarşıya gəlib. Bəs “Forza Neftçi” bu dəyişikliyi necə qəbul etdi?

Mövzu ətrafında geniş danışmaq istəməyən fanklubun rəhbərlərindən Səccad Abbasovun “Football-plus. az”a söylədikləri:

“Klubun qərarları barədə danışmaq istəmirik. Ümumi fikir kimi qeyd edim ki, o komandanın kapitanı bizik”.

RÖYANƏ OĞUZ