“Tottenhem”lə oyunda nə qədər azərbaycanlı iştirak edəcək? - açıqlama

26.09.2024 12:16 140
Aktual / Avropa Liqası
Məlum olduğu kimi, bu gün “Qarabağ” Avropa Liqasının liqa mərhələsi çərçivəsində “Tottenhem”lə səfər oyununa çıxacaq. Azərbaycan təmsilçisi Londonda dəstəksiz qalmayacaq. Bir neçə gün əvvəl elan edildiyi kimi, bu oyunu izləmək istəyənlər 80 manat verərək bilet ala bilərdilər.

Bəs hazırda nə qədər bilet satılıb?

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Football-plus.az”a açıqlamasında bu sözlədi dedi:

“Hazırda 700-ə yaxın bilet satılıb. İndiyə olan rəqəmlər budu”.

Saat 23.00-da başlayacaq oyunu minə yaxın azərbaycanlı azarkeşin izləyəcəyi gözlənilir.

RÖYANƏ OĞUZ