Millimiz "Qəbələ" ilə qarşılaşdı

24.09.2024 10:52 143
Ölkə futbolu
18 yaşadək futbolçulardan ibarət millimiz Qəbələ toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, millimiz “Qəbələ” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. U-18-in heyətində qolu 10-cu dəqiqədə Ziya Səkərxanov vurub.

Qeyd edək ki, sentyabrın 16-dan Qəbələdə təlim-məşq toplanışı keçən U-18-in hazırlığı bu gün başa çatacaq.