2020-ci il noyabrın 25-də dünyasını dəyişən Dieqo Maradonanın ölümü ilə bağlı davam edən məhkəmə prosesi uzandıqca uzanır.
"Football-plus.az" xəbər verir ki, San İsidro şəhər məhkəməsinin iclası yenə təxirə salınıb.
Növbəti təxirəsalmaya əfsanəvi futbolçunun müalicəsində səhlənkarlığa yol verməkdə şübhəli bilinən 8 həkimdən üçünün xahişi səbəb olub. Məlumatda prosesin digər iştirakçılarının bu qərara etiraz etmədikləri də bildirilir. Məhkəmə iclası gələn il martın 11-nə təxirə salınıb.
Bu, ikinci təxirəsalmadı. Prosesdə ilk iclas bu il mayın 4-nə təyin olunsa da, sonradan oktyabrın 1-nə ertələnmişdi.