Keyn premyer-liqada qol sayını 200-ə çatdırdı, özü də hamıdan tez!
Football-plus.az xəbər verir ki, o, Şirerlə (260) Runidən (208) sonra bu zirvəni fəth etdi. Ancaq “Tottenhem”in hücumçusu 200-cü qolu 304-cü oyunda vurdusa, Şirer bunu 306-cı, Runi isə 462-ci oyunda bacarıb.
Harri həm də “Tottenhem”in heyətində bütün turnirlərdə qol sayını 267-yə çatdırmaqla yeni klub rekordu müəyyənləşdirdi. 29 yaşlı hücumçu Cimmi Qrivzin rekordunu yenilədi.