"Kəpəz"in məşqçilər korpusu müəyyənləşdi - yeni çalışdırıcıdan ilk açıqlama

1.09.2024 11:21 2 113
Aktual / Ölkə futbolu
"Kəpəz"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bundan sonra komandaya Azər Bağırov rəhbərlik edəcək.

Bu barədə "football-plus.az"a mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, artıq köməkçiləri də bəllidi:

"Araz Bağırov, Vüqar Məmmədov və Rakif Əliyev də mənimlə birgə çalışacaqlar. Müqavilənin detallarıyla bağlı müzakirə prosesi isə hələ tamamlanmayıb. Hazırda müddət və qalan şərtlərlə bağlı danışıqlar davam edir".

KƏNAN BAHADIR