Sabiq MY-li Yunanıstana yollanacaq?

18.09.2024 22:14 118
Dünya futbolu
Antoni Marsyal özünə yeni klub tapmağa yaxındı.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in sabiq hücumçusu karyerasını Yunanıstanda davam etdirə bilər. Fabritsio Romanonun yaydığı xəbərə görə, 28 yaşlı futbolçu AEK-ə keçməyə yaxındı. Tanınmış insayder tərəflərin razılıq əldə etmək ehtimalının yüksək olduğunu xəbər verib.

Marsyal ötən mövsümün sonunda “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent statusundadı. Fransalı futbolçu İngiltərə klubunda 2015-ci ildən çıxış edirdi.